Ayakkabı Bot ve çizme Günlük ayakkabı Bot ayakkabı modelleri Çizme ayakkabı Terlik ayakkabı Sandalet Babet Spor ayakkabı Topuklu ayakkabı İç giyim Mayo Çorap Fantezi giyim İç çamaşır takımları Sütyen Gecelik Pijama takımı Gece elbisesi Plaj giyim Giyim Büyük beden Tesettür Etek Trenckot tarz eşofman takımları bayan Mont Gömlek Pantolon T-shirt Sweatshirt Kırmızı elbiseler Ceket Çanta Çanta aksesuarlar Bebek bakım çantası Spor çanta Okul çantası Laptop çantası Portföy çanta Bel çantası Postacı çantası El çantası Sırt çanta Bebek bakım çantası Omuz çantası Atlet Külot Jartiyer Tanga Jüpon Body Büstiyer

ref: refs/heads/v3.0
bilecik haberleribilecik haberbozüyük haberosmaneli haberdövizakpchpmhp
DOLAR
32,4643
EURO
34,8518
ALTIN
2.480,15
BIST
9.530,47
Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Bilecik
Az Bulutlu
19°C
Bilecik
19°C
Az Bulutlu
Cuma Yağmurlu
16°C
Cumartesi Parçalı Bulutlu
20°C
Pazar Parçalı Bulutlu
22°C
Pazartesi Az Bulutlu
21°C

Betül Altınsoy’un Değerli Yazar Habil Yaşar İle Söyleşisi

Betül Altınsoy’un Değerli Yazar Habil Yaşar İle Söyleşisi
29.12.2023 12:22
A+
A-

Merhabalar. Öncelikle kendinizi bize tanıtabilir misiniz? Sizi, sizin kelimelerinizle tanıyalım.

Mən Nəbiyev Habil Yaşar oğlu (Habil Yaşar) 1983-cü il 26 fevralda (Xocalı soyqırımı ilə bağlı olaraq doğum günü qeyd eləmirəm) Bakı şəhərində anadan olmuşam. 271 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsində təhsil almışam. “N” saylı hərbi hissədə xidmətdən sonra “Bakı Neft Energetika Kolleci”ndə bir neçə il müəllim olaraq calışmışam. Müəllimliklə yanaşı jurnalist, menecer, tərcüməçi, aparıcı kimi də fəaliyyət göstərmişəm. Bir sıra təşkilatların üzvüyəm. Eyni zamanda bir neçə təşkilatda idarə heyətinin üzvü də seçilmişəm. Azərbaycan Yazıçılar Birliyi (2003), Dünya Gənc Türk Yazarlar Birliyi (Maliyyə Nəzarət Təftiş Komissiyası Sədri-2013), Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurası (Maliyyə Nəzarət Təftiş Komissiyası üzvü-2009), Beynəlxalq İnsan Hüquqları (2007), Dünya Azərbaycanlıları Konqresi (2010), CASCFEN (MTK üzvü-2012), Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının (2014), Azərbaycan Ədəbiyyat Fondunun (2023), Yazsader (Yazarlar ve Şairler Dayanışma Derneği) və s. Bir sıra ölkədaxili və xarici (Türkiyə, İngiltərə, Qazaxıstan, Gürcüstan və s) beynəlxalq tədbirlərin iştirakçısıyam. 2009-cu ildə Prezident təqaüdünə və bir sıra ədəbi mükafatlara layiq görülmüşəm. Əsərlərim bir sıra dillərə ingilis, rus, türkiyə türkcəsi və s tərcümə edilərək kitab, qəzet, jurnal, saytlarda yayınlanmışdır (Türkiyə, Rusiya, İngiltərə, Amerika Birləşmiş Ştatları, Hindistan və s).

Kitabınızın ortaya çıkış öyküsünü anlatabilir misiniz? Fikir nasıl doğdu, kitabın ismine nasıl karar verdiniz, yazma süreci nasıl gelişti, yazarken uyguladığınız belli rutinler veya ritüeller var mı?

İlk şeirim 7 yaşım olarkən (“Kosmos” şeiri) yazılmışdır və o zamandan bəri yazmaq mənim həyatımın mənasıdır. Mətbuatda ilk şeirim isə 1993-cü ildə “Yeni Dünya” qəzetində dəyərli yazar Məlahət xanım Hümmətqızı tərəfindən dərc edilmişdir.

4 kitab müəllifiyəm. “Səni sevdim sevəcəyəm” (Şeirlər-2001), “Məni sevgi yaratdı” (Şeirlər-2003), “Yoxluğumun Varlığı” (Şeir və hekayələr 2012), “Yeddinci ayın yeddisi”(Roman-2022).

“Yeddinci ayın yeddisi” romanımın mövzusu ədəbiyyatın əzəli mövzularından biri olan sevgi haqqındadır. Əsərdə Aytəkin başda olmaqla, Nihat, Fərid, Aysel və s kimi xarakterlər də yer almaqdadır.  Roman gənclərə ünvanlanıb və daha çox gənc qızların uğursuz seçimlərindən, talelərindən bəhs edir. Kitabda müxtəlif mövzularda düşündürücü fəlsəfi fikirlər də yer almaqdadır. Dəyərli yazıçımız Varis bəyin rəhbəri olduğu “Azərkitab” da nəşr olunub. Redaktor və Ön Söz müəllifi isə “Dünya Gənc Türk Yazarlar Birliyi” nin əvvəlki başqanı, həmçinin Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın üzvü Əkbər bəy Qoşalıdır.

Xeyli müddət idi ki, gənclərin, xüsusən də gənc qızların müəyyən uğursuzluqları qəlbimi parçalayırdı. Bir an olsun rahat ola bilmirdim. Şeir, hekayələrimdə bu mövzuya müəyyən qədər yer versəm də bununla kifayətlənmədim və sonda günlərin birində bu haqda roman yazaraq içimi qismən də olsa boşaltmaq istədim. Çünki, roman fikirləri daha dolğun ifadə etmək üçün gözəl bir janrdır və mən də bu janrdan bəhrələnməyə bilməzdim.

İlk romanım üzərində iki il çalışdım. O qədər ürəkdən yazıldı ki, hətta bəzi məqamlarda göz yaşlarıma hakim ola bilmədim. Xarakterlər mənim üçün canlı insan qədər dəyərlidirlər. Hər biri sanki həyatdakı dostum, tanışlarımdır. Qəribə görünməsinə baxmayaraq yazarkən onları da yanımda hiss edir,  sanki üzlərini görür, səsini eşidirdim. Hər birinin dərdi mənim dərdim, sevinci mənim sevincim idi.

Kitabın adını çox düşünürdüm, bəlkə də gərəkdiyindən daha çox. Və bir gecəyarı qəfil yuxudan oyandım və bu kitabın adı “Yeddinci ayın yeddisi” olacaq dedim. Yazmaq kimi kitabın adının tapılması da xeyli zaman alan bir müddətdir, xüsusən ilk romanını yazan biri üçün bu çox önəmlidir. Numerologiya elminə sonsuz marağım olduğundan bu özünü həm kitabın adında, həm də ümumi məzmunda göstərməkdədir. Adlar kimi rəqəmlərin də insan həyatında xüsusi rola malik olduğu qənaətindəyəm.

Şübhəsiz ki, ilhamın nə zaman  və harada gələcəyi bizdən asılı deyildir. O bəzən günlərlə gəlməyə bilər, bəzən də əsla yaxanı buraxmaz. Daima bizimlə olması nə gözəl olardı… Amma ən çox gecələr yazmağa üstünlük verirəm. Xüsusən mövzuya uyğun musiqilər dinləyərək yazmağı daha çox sevirəm və xəyal dünyamın genişlənməsində musiqinin də öz rolu vardır.

Yazarlığa heveslendiğiniz ilk anı ya da dönemi anımsıyor musunuz? Sizi böyle meşakkatli bir yolculuğa çıkartan etkenlerden bahseder misiniz?

Bəlkə də uşaqlığımda acı günlərimin çoxluq təşkil etməsi, eyni zamanda hələ məktəbə getməmişdən əvvəl valideynlərimin mənə tez-tez ədəbi əsərlərdən, yazıçıların həyatından danışması məndə ədəbiyyata böyük maraq oyandırmışdı. Onların dediyinə görə kiçik yaşlarımdan bəzi fikirlərimi qafiyəli şəkildə deməyə başlamışam. İlk şeirim birinci sinifdə, 7  yaşım olarkən (“Kosmos” şeiri) yazılmış və həyatımda silinməz bir iz buraxmışdı. O ilk şeiri yazarkən o qədər sevinmiş, o qədər həyəcanlanmışdım ki… İlk oxucum həmişə anam olmuşdur. O, hər zaman sevərək şeirlərimi dinləyər mənə ruh yüksəkliyi verərdi. Həmçinin ilk müəlliməm Hənifə xanım, ədəbiyyat müəllimim Zahir bəy daim mənə dəstək olmuş və “bir gün sən adından söz etdirəcəksən” demişdilər. Əgər yazmağı bilirsənsə bu çox gözəldir amma əsas olan öz üzərində çalışmaq, daha da inkişaf etməkdir. Əks halda müsbət nəticələrə imza ata bilməyəcəksən. Bütün uğurlar gərgin zəhmətin bəhrəsidir.

Hangi konularda yazıyorsunuz?

Mövzularım rəngarəngdir. Sevgi, vətən, təbiət, elm, din, maraqlı dünya hadisələri, olmuş və ola biləcəklər…Fantastikanı çox sevirəm. Xüsusən hissiyatım çox güclü olduğu üçün bir sıra hadisələri qabaqcadan, hətta illər öncədən də duya bilir və yazılarımda əks etdirirəm. Məsələn 2015-ci ildə yazılmış “Yuxuya bənzər şəhər” şeirində illər sonra baş verəcək pandemiyanın dəhşəti ifadə edilmişdir. Boş qalmış şəhərlər, yoxa çıxmış insanlar və təbii ki, saysız-hesabsız ölümlər və s.  Hətta bu şeirə mahnı da bəstələnmiş, radio, tv, şəbəkələrdə səsləndirilmişdir. Bir bəndi qeyd eləmək yerinə düşər;

                             Ağlı-qaralı şəhər,

                             Yuxuya bənzər şəhər,

                             Həmişə gülər şəhər,

                             Elə bil ağlayırmış.

Kaş ki, bu günlər yaşanmayaydı…Amma, sadəcə kaş ki…

Birpərdəli “Xocalı” pyesim bütün Azərbaycanda; dram teatrlarında, bağçalarda, orta və ali məktəblərdə və s mədəniyyət ocaqlarında səhnələşdirilmişdir. Allah şəhidlərimizə rəhmət eləsin Amin!

Bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və igid oğullarımızın qəhrəmanlığı sayəsində QARABAĞımız azad edilmiş, vətəndaşlarımız öz doğma evlərinə qayıtmaqdadır. Və təbii ki, biz yazarlar da zəfərlə bağlı əsərlər yazmaqdayıq. Tariximizi qorumaq, onu gələcəyə ötürmək biz yazarlardan böyük məsuliyyət tələb edir və hər birimiz bu işdə səfərbər olmalıyıq. Tanrı Türkü Qorusun Amin!

Şeir, hekayələrlə yanaşı məşhur aforizmlərin də müəllifiyəm.

Edebiyat alanında faaliyet gösteren üye olduğunuz kuruluşlar var mı?

2003-cü ildən bəri Azərbaycan Yazıçılar Birliyinin və həmin ildən də Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüyəm. 2023-cü ildən isə  Azərbaycan Ədəbiyyat Fondunun əməkdaşıyam.

Edebiyat haricinde başka ilgilendiğiniz sanat dalları var mı?

Uşaqlığımda bir müddət qarmon və rəssamlıq dərnəklərinə getmişəm. Musiqi dinləməyi, xüsusən klassik musiqini çox sevirəm, amma janrlar ruh halıma uyğun olaraq dəyişməkdədir. “Semazen” dinləmək və seyr etmək də məni daha da ilhamlandırır. İlk romanımda əsas xarakterlərdən biri də (Nihat) məhz rəssamdır. Asudə vaxtlarımda futbol izləməyi və oynamağı, balıq tutmağı çox sevirəm.

Yeni çalışmalarınız var mı? Varsa, kısaca söz edebilir misiniz?

Hal-hazırda dünyada ilk ola biləcək fərqli bir pandemiyadan bəhs edən roman üzərində işləməkdəyəm. Əsərdə bədiiliklə yanaşı, tədqiqatlar da yer alacaqdır. İnşallah bu mənim ikinci romanım olacaq. Həmçinin “ədəbiyyat və incəsənət” portalında www.edebiyyatveincesenet.az jurnalist kimi fəaliyyət göstərməkdəyəm.

Sonda dəyər verib məndən müsahibə aldığınız üçün sonsuz sayda təşəkkür edirəm! Sizə və bütün əməkdaşlara uğurlar arzulayıram! Azərbaycandan Türkiyə Qardaşlarımıza Salam və Sevgilərimi çatdırıram! Birliyimiz Əbədidir! Yaşasın Azərbaycan-Türkiyə Dostluğu və Qardaşlığı!

Bu sohbet için çok teşekkür ederiz.

ÖZÇİLEK REKLAM1
Yorumlar

  1. yildiz06tek@gmail.com dedi ki:

    Genç gardasım harika bir röportaj olmuş kalemine yüreğine sağlık ilhamın daim olsun

    1. Habil Yaşar dedi ki:

      Çox sağ olun Yıldız xanım efendim!

bsr recyclinghof berlin a rel="dofollow" href="https://www.vurgec.com/kategori/canta" title="Çanta">Çanta Çanta aksesuarlar Bebek bakım çantası Spor çanta Okul çantası Laptop çantası Portföy çanta Bel çantası Postacı çantası El çantası Sırt çanta Bebek bakım çantası Omuz çantası